Almaniyanın müdafiə naziri Boris Pistorius yaxın vaxtlarda - ehtimal ki, növbəti dörd həftə ərzində Ukraynaya səfər edəcəyini bildirib.
RegionTV.info xəbər verir ki, o bu barədə “Bild” qəzetinə müsahibəsində danışıb.
B. Pistorius ilk olaraq hara səfər edəcəyinə dair yekun qərarın verilmədiyini açıqlayıb:
“Lakin dəqiq olan odur ki, mən tez bir zamanda Ukraynaya gedəcəyəm. Ola bilsin ki, hətta yaxın dörd həftə ərzində”.
Eyni zamanda, nazir xatırladıb ki, cümə günü o, ukraynalı həmkarı Oleksiy Reznikov ilə Almaniyadakı ABŞ-nin Ramşteyn aviabazasında intensiv fikir mübadiləsi aparmaq üçün görüşüb.