Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Keçmiş daxili işlər naziri həbsdən çıxaraq ölkəni tərk etdi

RegionTV.info

2018-ci ildə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) ilə əlaqədə şübhəli bilindiyinə, eyni zamanda dövlət çevrilişinə təhrik etməkdə ittiham edildiyinə görə həbs edilən Venesuelanın keçmiş daxili işlər və ədliyyə naziri Migel Rodriges Torres öz bloqunda azadlığa buraxıldığını və İspaniyaya uçduğunu bildirib.

 

Torres mesajında İspaniyanın keçmiş prezidenti Xose Rodriges Zapateroya üç il azadlığı uğrunda mübarizə apardığına görə təşəkkür edib. Venesuela Daxili İşlər Nazirliyinin keçmiş başçısı ailəsinə, parlamentin spikeri Xorxe Rodrigesə, o cümlədən vitse-prezident Delsi Rodrigesə minnətdarlığını bildirib.

 

“Mən bütün ömrüm boyu vuruşduğum vətənimi ağrı ilə tərk edirəm”, - o qeyd edib.

 

Qeyd edək ki, 2018-ci ildən bəri Venesuelada Nikolas Maduronun ölkə prezidenti seçilməsi ilə bağlı siyasi böhran davam edir. Həmin dönəm parlament spiker Xuan Quaydonu dövlət başçısının səlahiyyətlərini icra edən elan edib. ABŞ, Aİ və Latın Amerikasının bəzi ölkələri Quaydonu legitim dövlət başçısı kimi tanıyır.

 

Rodriges Torres 2018-ci ildə, paytaxt Karakasdakı terror aktlarından bir il sonra, bir qrup təhlükəsizlik qüvvələri Daxili İşlər Nazirliyi və Ali Məhkəmənin binalarına hücum edərək Nikolas Maduro hökumətinə qarşı mübarizənin başlandığını elan edərkən saxlanılıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də