Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

"Park Qusar" istirahət mərkəzində yanğın: 4 nəfər ölüb, xəsarət alanlar var - YENİLƏNİB

RegionTV.info

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Qusar rayonunun Caqar kəndində "Park Qusar" istirahət mərkəzinin ərazisində kotecdə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən  verilən məlumata görə, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal çağırış üzrə cəlb olunub.

Yanğın nəticəsində “Park Qusar” istirahət mərkəzinin ərazisində ümumi sahəsi 240 m² (hər mərtəbəsi 120 m²) olan ikimərtəbəli taxta konstruksiyalardan ibarət kotec yanıb.

Yanğın nəticəsində altı nəfər xəsarət alıb. Yanğının kəşfiyyatı zamanı dörd nəfərin meyiti aşkar olunub.

Yanğınsöndürənlər tərəfindən yaxınlıqdakı koteclər və meşə zolağı yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən həyata keçirilmiş ilkin araşdırmalarla yanğının kotecdəki odun sobasının (kamin) nəzarətsiz qalması səbəbindın baş verdiyi ehtimal edilir.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırmalar davam etdirilir.

***09:24

Qusarda Şahdağ turizm mərkəzinin yaxınlığında yerləşən otellərdən birində yanğın olub.

RegionTV.info  xəbər verir ki, otel ərazisindəki koteclərdən birində qeydə alınan yanğın zamanı 4 nəfər vəfat edib

Ölənlər Babayev Emin, Babayev Rauf və Babayeva Zülfiyyə (bir ailənin üzvü) və Babaşov Rüstəmdir.Yanğın zamanı digər koteclərdə olan 6 nəfər isə xəsarət alıb.

Polis əməkdaşlarının keçirdiyi təhlükəsizlik tədbirləri nəticəsində faciənin miqyasının genişlənməsinin qarşısı alınıb.

Hadisə yerinə aidiyyəti dövlət qurumlarının əməkdaşları cəlb olunub.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də