RegionTV.info
Polis əməkdaşlarının yanvarın 20-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 38,4 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.
Bu barədə DİN Mətbuat Xidmətindən məlumat verilib.
Qeyri-leqal dövriyyədən çıxarılan narkotik vasitələr – 30,2 kiloqrama yaxın heroin, 7,3 kiloqramdan artıq marixuana, 920 qram tiryək, həmçinin 810 qramdan çox metamfetamin və 400 ədəd yüksək təsiredici xassəyə malik psixotrop maddə olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.