Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bayden: “Kiyev Qərbdən bütün lazımi yardımı alacaq”

“Kiyev Qərbdən bütün lazımi yardımı alacaq”.

RegionTV.info  xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden bəyan edib.

Amerika lideri Ağ Evdə jurnalistlərə Polşanın Almaniya və digər Qərb ölkələrinin Kiyevə tankların verilməsi ilə bağlı çağırışını dəstəkləyib-dəstəymədiyini soruşduqda “Ukrayna lazım olan bütün köməyi alacaq”, - deyə əmin edib.

Qeyd edək ki, “Süddeutsche Zeitung” qəzeti mənbələrə istinadən xəbər verib ki, Almaniya kansleri Olaf Şolts Baydenlə bu yaxınlarda telefon danışığında “Leopard 2” döyüş tanklarının Kiyevə çatdırılması ilə bağlı ABŞ-a şərt qoyub.

Kansler bildirib ki, Almaniya Vaşinqtonun “Abrams” tanklarını Ukraynaya təhvil verəcəyi təqdirdə “Leopard 2” tanklarını Kiyevə göndərəcək.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də