RegionTV.info
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstanın Baş naziri Kiriakos Mitsotakisə xəbərdarlıq edərək, səhv addımlar atmamağa çağırıb.
“Bilin! Əgər ölkəmizlə bağlı səhv addım atsanız, o zaman reaksiya özünü çox gözlətməyəcək. Qarşısıalınmaz türklər hərəkətə keçəcək”, - deyə Türkiyə dövlət başçısı vurğulayıb.
Ərdoğan bildirib ki, Ankaranın Afinanı “Tayfun” ballistik raketi ilə vurmaq məqsədi yoxdur.
“Bu gün Yunanıstanda Türkiyənin Afinaya “Tayfun”la raket zərbəsi endirmə ehtimalını güclü və əsaslı müzakirə edirlər. Bizim belə məqsədlərimiz yoxdur. Bu məsələdə əsas odur ki, yunanlar ağıllı hərəkət etsinlər. Həqiqətənmi Yunanıstan Türkiyənin beynəlxalq müqavilələrə əsasən hərbisizləşdirilmiş zonalar olan adalarda silah yerləşdirməsinə məhəl qoymayacağına inanırmı?”.