RegionTV.info
Bu gün sosial şəbəkələrdə bir nəfərin qaz xətti keçən kolluq ərazini qəsdən yandırmasını əks etdirən görüntülər paylaşılıb.
DİN-in mətbuat xidmətindən verilən məlumata görə, araşdırmalarla görüntüdə əks olunan hadisənin Zərdab rayonu ərazisində törədildiyi müəyyən edilib.
Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-texniki tədbirlərlə qaz xətti keçən kolluq ərazini yandıranın rayonun Şahhüseynli kənd sakini, 23 yaşlı Emil Rəşidov olduğu müəyyən edilərək saxlanılıb.
Hazırda araşdırmalar aparılır.