Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Təmirinə 25 milyon ayrılan "Mərkəzi Nəbatət Bağı" yenidən qurularaq belə olacaq - FOTO

Mərkəzi Nəbatat bağı əsaslı təmir olunaraq yenidən qurulacaq.

RegionTV.info-nun əldə etdiyi məlumata görə, burada təsdiq edilmiş layihə əsasında işlər aparılacaq.

Qeyd edək ki, Prezident İlham Əliyev "Mərkəzi Nəbatat Bağının ərazisində abadlıq, yenidənqurma və tikinti işlərinin həyata keçirilməsi ilə əlaqədar tədbirlər haqqında" sərəncam imzalayıb.

Məqsəd Mərkəzi Nəbatat Bağının müasir estetik görünüşünün bərpa edilməsi üçün abadlıq, yenidənqurma və tikinti işlərinin həyata keçirilməsinə və zəruri quruculuq işlərinin aparılmasına dövlət dəstəyinin artırılmasıdır.

Sərəncamda bildirilir ki, Mərkəzi Nəbatat Bağı mühüm təbiət abidəsi kimi, ekoloji təmizliyin qorunması, təbiətin mühafizəsi və əhalinin bütün təbəqələri üçün elmi araşdırma, tədris və maarifləndirmə baxımından əhəmiyyətli rola malikdir.

Burada dünyanın müxtəlif iqlim zonalarından toplanan canlı bitki kolleksiyaları yalnız bitkilərin mühafizəsi məqsədilə deyil, həm də ölkədə bu sahədə elmi tədqiqatların davamlı inkişafına xidmət edir.

Sərəncamla Mərkəzi Nəbatat Bağında abadlıq, yenidənqurma və tikinti işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Bakı Şəhər İcra Hakimiyyətinə ilkin olaraq 25 milyon manat ayrılıb.

Artıq Nəbatat bağının yeni görünüşünün maketi də hazırlanıb. Həmin fotoları təqdim edirik:

 

 


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də