RegionTV.info
İqtisadiyyat naziri Mikayıl Cabbarov “McKinsey & Company” şirkətinin regional idarəedici tərəfdaşı Özgür Tanrıkulu ilə görüşüb.
Bu barədə o, özünün feysbuk profilində paylaşım edib.
Nazir bildirib ki, Özgür Tanrıkulu ilə Azərbaycanda investisiya mühitinin təkmilləşdirilməsi istiqamətində görülən işlər, iqtisadi imkanlar, ölkəmizin biznes dairələri ilə şirkət arasında əlaqələr və perspektivlər barədə müzakirələr aparılıb.