Türkiyəli müğənni Seçil Çiftçinin törətdiyi cinayətlə bağlı yeni təfərrüatlar bəlli olub.
RegionTV.info xəbər verir ki, cinayəti etiraf edən Seçil sevgilisi Semih Sevimi dəmir stulun ayağı ilə vuraraq öldürdüyünü demişdi.
Sənətçi istintaq zamanı qandonduran açıqlamalar verib. Belə ki, Seçil Semihi dəmir stulla döydükdən sonra onu uzun corabla boğub:
"Biz ayrılmışdıq. Məni tez-tez narahat edirdi. Məni şantaj etdiyi üçün qorxurdum. Evimə gələndə onu içəri dəvət etmək istəmədim. Onunla məhkəməlik olmuşduq. İçəri gələndə aramızda şiddətli dava başladı. Əlimə keçən dəmir stulun ayağı ilə onun başına vurdum. Yerə yıxıldı. Ətrafımda uzun corab var idi. Onu sevgiliminin boynuna bağladım və bərk sıxdım. Sonra öldüyünü gördüm. Əvvəl telefonunu sındırdım, daha sonra şəxsiyyət vəsiqəsini cırdım. Sonra atama zəng edib cinayət törətdiyimi dedim və evimə gəlməsini xahiş etdim. Atamla sevgilimin cəsədini adyala büküb avtomobilə qoyduq. Onu meşəlik əraziyə aparıb orada basdırdıq".
İstintaq zamanı Selinle Semihin yazışmaları da ortaya çıxıb.
Cinayətdən bir neçə gün əvvəl Selin Semihə söyüş söyərək "Səni öldürəcəm. Sənə görə 50 il həbs yatmağa razıyam, cəzam nədirsə çəkərəm" deyib. Semih isə cavabında "3-4 günə yanına gələcəm" deyib.
Xatrladaq ki, müğənninin sevgilisini bir neçə gün əvvəl basdırılıdığı ərazidə göbələk yığan şəxslər tapıblar.