Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva ADR-in qurucularından olan Əlimərdan bəy Topçubaşovun məzarını ziyarət edib.
RegionTV.info xəbər verir ki, diplomat bu barədə tvitterdə paylaşım edib.
"20 Yanvar günündə Azərbaycanın müstəqilliyi və bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsini yad etmək üçün görkəmli ictimai-siyasi xadim, ADR-in qurucularından olan Əlimərdan bəy Topçubaşovun məzarını ziyarət etdik", - deyə L.Abdullayeva bildirib.
"Torpaq əgər uğrunda ölən varsa Vətəndir", - Leyla Abdullayeva əlavə edib.