Türkiyənin Qaziantep şəhərində İŞİD terror təşkilatının rəhbər şəxslərindən olan, əvvəllər "Rakka təhlükəsizlik əmiri" və "Ninova valisi" vəzifələrini icra etmiş terrorçu tutulub.
RegionTV.info xəbər verir ki, H.A. adlı şəxs Türkiyə Terrorla Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Basqın edilən evdən sənədlər, müxtəlif şəxsiyyət vəsiqələri və külli miqdarda xarici valyuta aşkar edilib.
H.A. dindirilmək üçün polis bölməsinə aparılıb.