Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Vurulan məmurlar”ın boş qalan VƏZİFƏLƏRİ - FOTO

Hazırda Azərbaycanda bir sıra yüksək vəzifə yeni təyinat gözləyir.

Hələlik həmin vəzifələrin səlahiyyətlərini birinci müavinlər və müavinlər həyata keçirirlər.

RegionTV.info  xəbər verir ki, modern.az dövlət orqanlarında vakant olan yüksək vəzifələrin sayını dəqiqləşdirib.

Hazırda dörd yüksək məmur postu yeni sahibini gəzləyir. Onları diqqətinizə çatdırırıq:

“Azərsu” Açıq Səhmdar Cəmiyyətində kollektiv 2 ilə yaxındır ki, yeni rəhbər təyinatı gözləyir.

Qurumun keçmiş sədri Qorxmaz Hüseynov ölkə başçısının 4 may 2021-ci il tarixli sərəncamı ilə vəzifədən azad edilib. Qorxmaz Hüseynov 16 fevral 2011-ci il tarixindən "Azərsu"da sədr işləyirdi. Ona yeni vəzifə verilməyib.

“Azərsu” ASC-də sədrin səlahiyyətləri müavin Köçərli Həsənova həvalə edilib.

***

Sədr vəzifəsi boş olan dövlət qurumlarından biri də Gömrük Komitəsidir.

Komitənin keçmiş sədri Səfər Mehdiyev 16 iyul 2022-ci il tarixində vəzifədən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Səfər Mehdiyev 2004-dən 2006-cı ilin fevral ayına qədər Komitə sədrinin müavini, 2006-cı ilin fevral ayından Komitə sədrinin birinci müavini vəzifəsində çalışıb, 23 aprel 2018-ci ildə Komitənin sədri təyin edilmişdi. Səfər Mehdiyevə yeni vəzifə verilməyib.

Dövlət Gömrük Komitəsinə gömrük xidməti general-leytenantı Şahin Bağırov rəhbərlik edir. O, 2022-ci ilin iyulun 18-də Prezidentin müvafiq sərəncamı ilə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini təyin edilib. Sərəncama əsasən, Dövlət Gömrük Komitəsinin sədri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Şahin Bağırova həvalə edilib.

***

Vasif Talıbovun istefasından sonra Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri postu da boş qalıb.

21 dekabr 2022-ci il tarixində Naxçıvan MR Ali Məclisi Vasif Talıbovun müraciətini nəzərə alaraq onu sədr vəzifəsindən azad edib. Bununla bağlı rəsmi qərarı Naxçıvan MR Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov imzalayıb.

Vasif Talıbov hazırda Naxçıvan MR Ali Məclisinin, həm də Azərbaycan Milli Məclisinin deputatı olaraq qalır.

İndi Naxçıvan MR Ali Məclisinin sədri səlahiyyətlərini birinci müavin Azər Zeynalov icra edir. O, 2005-cu ildən bəri Ali Məclisin deputatıdır.

***

Rəhbət postu boş olan digər qurum Mədəniyyət Nazirliyidir.

Keçmiş nazir Anar Kərimov ölkə başçısının 22 dekabr 2022-ci il tarixli sərəncamı ilə vəzifədən azad edilib.

A.Kərimov 2020-ci ilin 20 iyul tarixində mədəniyyət nazirinin birinci müavini vəzifəsinə təyin edilmiş və ona mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti verilmişdi. 5 yanvar 2021-ci ildə isə mədəniyyət naziri təyin edilmişdi. Anar Kərimov başqa bir vəzifəyə təyin olunmayıb.

Hazırda Mədəniyyət Nazirliyinə müvəqqəti olaraq Adil Kərimli rəbərlik edir. Adil Kərimli ölkə başçısının 22 dekabr 2022-ci il tarixli sərəncamı ilə mədəniyyət nazirinin birinci müavini təyin edilib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də