Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Şəhid övladları üçün güzəştlər qüvvəyə minir

Bu aydan etibarən şəhidlərimizin valideynləri, həyat yoldaşları ilə yanaşı onların övladları da gəlir vergisi üzrə güzəştindən istifadə edəcəklər. “Vergi Məcəlləsinə” edilən dəyişikliyə əsasən, şəhid ailəsi üzvləri hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 800 manat məbləğində azaldılır.

RegionTV.info  xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov feysbuk hesabında yazıb. O bildirib ki, şəhid övladları da artıq bu güzəştdən yararlana biləcəklər:

"Bundan əlavə, şəhidlərimizin valideynləri, həyat yoldaşları ilə yanaşı övladları da hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılacaq. Qeyd edək ki, əvvələr bu güzəştlərdən istifadə hüququ şəhidlərimizin valideyinləri və həyat yoldaşlarına şamil olunurdu".

Millət vəkili deyib ki, yeni dəyişikliklər şəhidlərimizin valideynləri və həyat yoldaşları ilə yanaşı hansı yaşda olmasından asılı olmayaraq övladlarının da vergi güzəştlərindən istifadə hüququ yaradır:

"Bu şəhidlərimizin övladlarının 18 yaşı keçdikdən sonra da bu hüquqdan istifadə imkanı deməkdir. Bu baxımdan da, dəyişikliklər kifayət qədər mütərəqqidir və şəhid övladlarına yeni güzəştlərdən faydalanmağa imkan verəcək".


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də