“Ürəyim hələ də Azərbaycanladır”.
RegionTV.info xəbər verir ki, bunu Böyük Britaniyanın ölkəmizdəki keçmiş səfiri Ceyms Şarp öz tvitter hesabından 20 Yanvar faciəsi ilə bağlı etdiyi paylaşımda yazıb.
Şarp paylaşımda ötən il Şəhidlər Xiyabanını ziyarət edərkən çəkilmiş fotolarını da əlavə edib.
Qeyd edək ki, onun Azərbaycandakı diplomatik fəaliyyəti ötən ilin avqustunda başa çatıb.