3 kənd çolpası 10 manat. Əslində bu qiymətə heç broyler də yoxdur. Amma satan şəxs iddia edir ki, təklif etdiyi məhsul təmiz kənd toyuğudur.
RegionTV.info xəbər verir ki, ATV mövzü ilə bağlı süjet hazırlayıb.
Satıcının sözlərinə görə, toyuqlara nə iynə vurulur, nə də dərman verilir.
Nə qədər şübhəli görünsə də, inanıb bu qiymətə məhsulu alanlar da var.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, kiçik monitorinq zamanı üzə çıxıb ki, broyler fabrikində bəzən bir gecədə minlərlə toyuq xəstəlikdən məhv olur. Həmin toyuqlar kənd çolpası adı ilə satışa çıxarılır.
Daha ətraflı süjetdə: