FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin sərəncama götürülən rəisi, general-leytenant Şahmar Paşayev pensiyaya göndərilib.
RegionTV.info bildirir ki, bu barədə generalın özü məlumat verib.
"Mən hazırda pensiyadayam, Kəmaləddin Heydərov məni pensiyaya göndərib.Fövqəladə Hallar Nazirliyindən uzaqlaşmışam. 7 ildir işləyirdim, indi istirahət edirəm. İstirahət edəcəm, sonra baxım görüm nə edirəm."
Qeyd edək ki, Şahmar Paşayev ölkədə nüfuzlu generallardandır. O uzun illər polis orqanlarında çalışıb. Bakı Şəhər Baş Polis Idarəsinin rəis müavini, Şamaxı, Yasamal, Şirvan və Salyan rayonlarının polis rəisi vəzifələrində işləyib.