Qələbəmizin qəhrəmanlarından biri olan Orxan Əliyev Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşlərdə şəhid olub.
Şəhidin ailəsinin yaşayışı daim diqqətdə saxlanılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun əməkdaşları Bakının Şağan qəsəbəsində yaşayan ailə ilə görüşüb, sosial vəziyyəti ilə maraqlanıblar.
Ailəyə Prezidentin aylıq təqaüdünün artıq təyin olunduğu bildirilib və təqaüd üzrə ödəniş kartı şəhidin həyat yoldaşına təqdim edilib. Ailə üzvləri, eyni zamanda, ailə başçısını itirməyə görə pensiya və aylıq müavinət də alacaqlar.
Şəhidin həyat yoldaşına şəhid ailələri üçün nəzərdə tutulan digər sosial dəstək tədbirləri, imtiyazları barədə də məlumat verilib.