Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Sabah Azərbaycanın bu ərazilərinə qar yağacaq

RegionTV.info

Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək.

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, bəzi yerlərdə arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 4-6° isti, gündüz 6-8° isti, atmosfer təzyiqi normadan yüksək 776 mm civə sütunu olacaq. Nisbi rütubət 75-85% olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı duman olacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-11° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-3° şaxta olacaq. Gecə və səhər dağlıq rayonlarda yollar buz bağlayacaq.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də