Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev əməliyyat olunub.
RegionTV.info xəbər verir ki, bu barədə onun mətbuat katibi Aydos Ukibay tvitter səhifəsində bildirib.
"Nursultan Nazarbayev ürəyindən əməliyyat olunub. Əməliyyat uğurla keçib. Birinci prezidentin həyatı üçün heç bir təhlükə yoxdur. Hazırda müşahidə altındadır", - deyə o qeyd edib.
***10:42
Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev xəstəxanaya yerləşdirilib.
RegionTV.info xəbər verir ki, sabiq prezidentin əməliyyat oluna biləcəyi qeyd edilir.
Onun vəziyyətinin necə olduğu hələlik açıqlanmayıb. Belə ki, Nazarbayevin mətbuat katibi telefon zənglərinə cavab vermir.
Xatırladaq ki, 82 yaşlı N.Nazarbayev 1990-2019-cu illərdə Qazaxıstanın dövlət başçısı olub.