"20 Yanvar Ümumxalq Hüzn Günü ilə əlaqədar bütün Azərbaycan xalqına başsağlığı veririk".
RegionTV.info xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyi tvitter hesabında paylaşım edib.
"Müstəqillik uğrunda canlarından keçmiş şəhidlərə rəhmət və onların ailələrinə səbr diləyirik. Əziz şəhidlərin ruhları şad olsun”, - deyə paylaşımda qeyd olunub.