“Tarixə Qara Yanvar kimi düşmüş 20 Yanvar 1990-cı il Azərbaycan xalqı üçün təkcə “Hüzn Günü” deyil, həm də xalqı müstəqilliyə doğru aparan “Şərəf Günü”dür”.
RegionTV.info xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatının (TDT) tvitter hesabında yazılıb.
“Azərbaycanlı qardaşlarımızla birlikdə bu dəhşətli hadisənin şəhidlərini rəhmətlə yad edirik”, - deyə paylaşımda bildirilib.