Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bakıda hamilə bacısını bıçaqlayan şəxsi polis tutub - FOTO

Sabunçu rayonunda bacısına bıçaq xəsarətləri yetirməkdə şübhəli bilinən 1992-ci təvəllüdlü Yasər Rüstəmov polis əməkdaşları tərəfindən saxlanılıb.

RegionTV.info  xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, 1989-cu il təvəllüdlü Qasımova Yasəmən Muraz qızı qardaşı tərəfindən əvvəlcə döyülüb.

Daha sonra o, kürək nahiyyəsindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Məlumata görə, Y.Qasımova hamilədir. 3 saylı xəstəxanın növbətçi həkimi apa-ya bildirib ki, qardaşı tərəfindən bıçaqlanan Yasəmən Qasımovaya ümumilikdə 4 bıçaq xəsarəti yetirilib.

Onun cərrahi əməliyyayı hələlik davam etdirilir.

Vəziyyəti olduqca ağır qiymətləndirilir.

Son məlumata görə, Bakının Sabunçu rayonunda bacısına bıçaq xəsarətləri yetirməkdə şübhəli bilinən 1992-ci təvəllüdlü Yasər Rüstəmov polis əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də