Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Şuşa kimi bir şəhərdə müəllimlik etmək böyük məhsuliyyət deməkdir

RegionTV.info

Şuşa şəhəri işğal olunanda mənım altı yaşım var idi .Bütun uşaqlar kımi mən də vətənimizın 20 faizinin  işğal  olmasından xəbərsiz idim .İlk dəfə işğal sözün məktəbdə ibtidai sinif müəllimimdən eşitdim. Bir Qarabağlı kımi Orta məktəbi başa vurana qədər   işğal soyqırım sözləri yadaşımda hək olundu  . Bir sözlə Qarabağın o günləri  həyatımda dərin iz buraxdı. Cəbhə bölgəsində böyüdüyümdən Qarabağda necə bir tarix yaşamışıq bu mənim üçün olduqca təsirlidir.

Ali məktəbə qəbul olandan sonra

Universtitetə  qəbul olanda artıq ulu öndər müasir azərbaycanın qurucusu Heydər Əliyev dünyasın dəyişmişdi. Həyatımın yeni mərhləsi  onun davamçısı, xalqımızın dəsdəyi ilə ölkə prezdenti seçilmiş İlham Əliyev ölkəyə rəhbərliyi ilə davam etmiş oldu. Mən alı təhsil alıb ilk dəfə müəllim kimi məktəbə getməyimdən bu günə kımı əldə etdiyim nailiyyətlərdə özümü Ümummilli liderimiz və onun layiqli davamçısına borclu sayıram.

Cənab İlham Əliyevin prezdentlik dövründə  gənclərə verilən qiymət,  yaradılan şərait məni çox həvasləndirmişdi. Amma torpaqlarımızın ışğalda qalması bir Azərbaycan gənci olaraq məni çox narahat edirdi  .Universtitetdə oxuyanda müəllimlərimin  “Qarabağlı qız” deməsi mənə  xoş gəlməklə yanaşı , həm də mənəvi əzab verirdi. Çünki Qarabağ işğal altında ola-ola ” Qarabağ”dan xəfifcə utanırdım, sanki. Müəllim işlədiyim dövrdə  şagirdlərimə heç vaxt görmədiyim Qarabağdan danışardım, amma inanırdım ki,  Azərbaycanın dilbər güşəsi olan qədim yurd yeri Qarabağımızı, onun incısı  olan mənim xəyallarımın şəhəri Şuşanı tezlıklə azad görəcəm.

Arzularımın gerçəkləşdiyi gün gəldi

27 sentiyabr səhərıni Bərdədə silah səsdəri ilə açdıq.  Həmin vaxtı mən Qazaxlar kənd tam  orta məktəbində direktoru əvəz edirdim. İş yerində olduğuma baxmayaraq fikirim əsgərlərimizin yanında idi.  Artıq məqam yetişmişdi, vətən muharibəsi başlamışdı. Alı baş kamandan, cənab İlham Əliyev yumuruqların sıxıb, qətiyyətlə  irəli əmrini vermişdi. Qısa müddətdə döyüşlərin taleyi məlum oldu. Güclü ordunun qarşısında düşmən tab gətirə bilmir, darmadağın edilir, uzun illərdən bəri işğal altında saxladıqları kəndlərimizdən, şəhərlərimizdən qovulurdular. Möhtərəm prezidentimizin tvitlərində aldığımız xəbərləri alınca qanadlanır, az qalırdıq uçaq. Bəli   44 günə düşmən ordumuzun qarşısında  diz çökdü. Ali Baş komandanımızın qarşısında aciz qalıb təslimçi sazişə imza atmaq məcburiyyətində qaldı.Nəhayət , uzun illərin sonunda torpaqlarımız işğaldan azad oldu .

Azərbaycanın incisi olan Şuşada 3 rənglı bayrağımız dalğalandı.Bu qələbədə əsas pay sahibi vətən üçün canından keçən şəhidlərimizin və sağlamlıqların bir qismin itirən qazilərimizdir. Biz onların canı bahasına “Qarabağ” qələbəsini qazanmış olduq. Qələbənin əldə olunmasında  təbii ki, sərkərdəmiz ,  alı baş komandanımız cənab İlham Əliyevin əvəzolunmaz rolu tariximizə qızıl həriflərlə yazılmış oldu.

Bu gün həm şəhidlərimizə,həm qazilərimizə, həm də prezidentimiz İlham Əliyevə sonsuz təşəkkürlərimiz var. Şəhidlərimizi sayğıdolu ehtramla yad edir, daim ruhları qarşısında baş əyirik.

Möhtərəm prezidentimiz, cənab prezidentimiz İlham Əliyevə təşəkkür edirik! Ona görə ki,  onun yaratdığı güclü ordu sayəsində üzümüz güldü, zəfər günün bizə yaşatdı. Bu günə kimi  qədim Şuşa haqqında  4 məqalə yazmışam, amma inamazdım kı, vaxt gələr Bakıda müvəqqəti fəaliyyət göstərən Şuşa rayon 1 saylı Malıbəyli  kənd tam orta məktəbinə dərs hıssə müdiri təyin olunaram .Düzdür, musahibədən keçmişdim, seçim çox idi, amma rəhbərliyin təklifiınə fikirləşmədən – hə -dedim.  Atalarımız misalı var: niyyətin hara, mənzilin   ora. Artıq  tədris ocağı ılə tanış olmuşam . Düşünürəm ki, zamanında böyük zıyalılar yetıştirmiş Şuşa  kimi bir şəhərdə  müəllimlik etmək böyük məhsuliyyət tələb edir.İndi şuşa tək azərbaycanın deyil bütün türk dünyasın şəhərıdi. Bu da mənim üçün 2 qat  məhsuliyyətdi.

Zövqiyyə Əsədova – Şuşa rayon 1 saylı Malıbəyli  kənd tam orta məktəbin dərs hıssə müdiri


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də