Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bakıda azyaşlı qız oğurlanıb? - Atası DANIŞDI

Bakının Binəqədi rayonunda azyaşlının oğurlanması barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.

RegionTV.info   xəbər verir ki, hadisə iddialara əsasən, uşaq xalasının yanında olarkən baş verib. Belə ki, bir nəfər avtomobillə gələrək onlara hücum edib və azyaşlını aparıb.

Həmçinin yayılan məlumatlara görə, həmin ailədə bir müddətdir uşaqların ana yaxud atasında qalması barədə qalmaqal olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı, polis leytenantı Nurlan Əliyev lent.az-a bildirib ki, sosial şəbəkələrdə uşaq oğurluğu ilə bağlı yayılan iddialar araşdırılıb. Onun sözlərinə görə, araşdırmalara nəticəsində azyaşlının atasının yanında olması müəyyən edilib. Hadisədə hər hansı kriminal motiv yoxdur.

Həmçinin uşağın atası da sosial şəbəkədəki paylaşıma rəy yazaraq, münasibət bildirib. Onun sözlərinə görə, tərəflər boşanıb və uşaqların 7 il məndə qalması barədə məhkəmə qərar verib: "2020-ci il oktyabrın 23-dən isə məhkəmə uşaqların anasına onları görməyə icazə verib. Amma anaları 2022-ci ildən görüşə gəlib. İki uşaqdır, oğlum 6-cı, qızım 4-cü sinifdə oxuyur. Qızın 3, oğlanın 5 yaşı olanda anaları atıb getdi. Anaları 6-cı gün görüş adı ilə aparıb. Sonra da bacısıgildə gizlədiblər. Bazar günü, dünən uşaqları qaytarmadı. Axır bu gün uşaq gecə mesaj atdı ki, gəl apar. Məkan bildirişini də göndərdi".


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də