Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

CAR-da BMT-nin üç sülhməramlısı öldürüldü






Mərkəzi Afrika Respublikasında (CAR) üsyançıların hücumu nəticəsində Birləşmiş Millətlər Təşkilatının (BMT) üç sülhməramlısı öldürülüb.

Bu barədə TASS BMT baş katibinin rəsmi nümayəndəsi Stefani Dujarrikin məlumatına istinadla xəbər yayıb.

Daha iki nəfərin yaralandığı bildirilir.

“Baş katib bu gün şəxsiyyəti bilinməyən silahlı qiyamçıların CAR hərbi qüvvələrinə və BMT-nin ölkədəki nümayəndəliyinə, Kemo əyalətinin Dekoa şəhərində və Mbomu əyalətinin Bakuma şəhərindəki hücumunu kəskin qınayır”, - deyə qeyd edilir.

BMT-nin baş katibi CAR rəhbərliyini bu hərbi cinayəti araşdırmağa və günahkarları məsuliyyətə cəlb etməyə çağırıb.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də