Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Tanınmış aktyor infarkt keçirdi, reanimasiyaya yerləşdirildi - FOTO

Türkiyəli aktyor Muhlis Asan infarkt keçirib.

RegionTV.info  xəbər verir ki, 65 yaşlı aktyorun "Unutma bizi"  filminin çəkilişi zamanı halı pisləşib. Həmin vaxt Muhlis infarkt keçirdiyini bilməyib.

Aktyoru evə aparıblar. Lakin vəziyyəti ağırlaşan aktyor daha sonra xəstəxanaya yerləşdirilib. Həkimlər onun infarkt keçirdiyini bildiriblər. Aktyor reanimasiyaya köçürülüb.

Onun vəziyyəti kritik olaraq qalır.

Xatırladaq ki, Muhlis Asan karyerasına 1985-ci ildə "Kaşık Düşmanı" adlı ekran işi ilə başlayıb. O, bu günə qədər bir çox tamaşa və filmlərdə müxtəlif obrazlar yaradıb.

Onu da bildirək ki, Muhlis Asan rol aldığı "Aşka geldik" filmində azərbaycanlı həmkarı Fərda Xudaverdiyevlə birlikdə çəkilib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də