Ali Məhkəmədə "Azar-Tİ" MMC direktoru Ramiz Qazaxlının barəsindəki hökmdən verilən kassasiya şikayətinə baxılıb.
RegionTV.info-nun əldə etdiyi məlumata görə, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, aşağı instansiya məhkəməsinin çıxardığı qərar tamamilə ləğv edilib. İş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 6 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
R.Qazaxlı Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsi tətbiq edilib və 2 il sınaq müddəti ilə cəzası şərti hesab olunub.
O, bir mənzili bir neçə nəfərə satmaqda ittiham edilir.
İş üzrə 11 nəfər zərərçəkmiş var.
O, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurulmaqla dələduzluq) maddəsi ilə təqsirli bilinir.