Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ermənistanda hərbi hissədə yanğın: 15 hərbçi ölüb, 3-ü yaralanıb

Ermənistanın Basarkeçər rayonunun Azad kəndindəki hərbi hissədə yanğın baş verib.

RegionTV.info   xəbər verir ki, bu barədə "life.ru" portalı yazıb.

Yanğının mühəndis-istehkam bölüyünün yataqxanasında gecə saatlarında baş verdiyi bildirilir.

Məlumata görə, hərbi hissə ərazisində baş verən yanğında 15 hərbçi ölüb, 3-ü isə yaralanıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də