RegionTV.info
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu amerikalı həmkarı Entoni Blinkenlə görüşdə Azərbaycan-Ermənistan arasında olan normallaşma prosesini müzakirə edib.
Bu barədə Türkiyənin XİN başçısı görüşdən sonra mətbuata açıqlamasında bildirib.
“Qafqazdakı proseslər, Türkiyə-Ermənistan, Azərbaycan-Ermənistan normallaşma prosesi ətrafında fikir mübadiləsi apardıq”, - M. Çavuşoğlu vurğulayıb.