RegionTV.info
Yanvarın 16-sı sonuncu İran şahı Məhəmmədrza Pəhləvinin kütləvi xalq etirazları fonunda ölkəni tərk etdiyi gündür.
1979-cu ilin həmin günü o, özünün idarə etdiyi “Boinq” təyyarəsində ailəsi və yaxın adamları ilə birlikdə Misirə yollanıb.
Bu hadisənin ildönümü münasibətilə İbrahim Rəisi hökumətinin sözçüsü Əli Bahadori Cəhromi özünün “Twitter” səhifəsində geniş müzakirələrə səbəb olan bir post paylaşıb.
İran rəsmisi Məhəmmədrza şahı nəzərdə tutaraq yazıb:
“İranlıların 35 milyard dollar pulu, 384 çamadan ləl-cəvahirat, qiymətinin təxmin edilməsi belə mümkün olmayan 5 min brilyant və 50 zümrüd qaşla, 368 mirvari dənəsi ilə bəzədilmiş 2 tac... Bunlar ölkədən qaçarkən diktatorun özü ilə xaricə apardığı vəsaitin yalnız bir hissəsidir. Bu gün səltənətin, asılılığın və vətənə xəyanətin ölümünün ildönümüdür”.
Sözlərinə illüstrasiya kimi Cəhromi rəsmi İRNA agentliyinin bu mövzuda hazırladığı, şahın xaricdəki digər mal-mülkünü əks etdirən video süjeti də paylaşıb və həmin video bir günə milyon yarımdan çox baxış toplayıb.
“Azad İran” “Youtube” kanalının mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik: