Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bakıda manyak məktəbli qızı necə qaçırmaq istəyib? - TƏFƏRRÜAT - VİDEO

RegionTV.info

Bakıda məktəbli qızlardan birinə manyak yaxınlaşıb.

Hadisə Nərimanov rayonu ərazisində, 93 nömrəli tam orta məktəbin yaxınlığında baş verib. Hər gün olduğu kimi, həmin vaxtda dərsdən çıxaraq evlərinə gedən azyaşlı belə halla qarşılaşıb.

Ancaq məktəbli həmin şəxsin təklifini rədd edir və onun əlindən qurtulmağa çalışır.

Ətrafda insanların olduğunu görən həmin şəxs zor tətbiq edə bilmir və məktəbli onun əlindən çıxaraq özünü yaxınlıqda yerləşən mağazaya yetirir.

Həmin şəxs isə yoluna davam edir. Onun ərazidən tam uzaqlaşdığına əmin olan azyaşlı mağazadan çıxaraq qaçır.

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Xəzər TV-yə açıqlamasında bildirib ki, orta yaşlı kişinin azyaşlı qızı naməlum yerə aparmaq istəməsi hadisəsi araşdırılır.

Nazirlikdən o da bildirilib ki, araşdırmanın nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də