RegionTV.info
Astara sakinlərində qanunsuz saxlanılan odlu silahlar aşkarlanıb.
Bu barədə DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.
Bildirilib ki, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz saxlanılan silah-sursatla bağlı cari ilin əvvəlindən keçirilən əməliyyat tədbirləri nəticəsində ayrı-ayrı rayon sakinlərindən qanunsuz olaraq saxladıqları müxtəlif markalı ümumilikdə 10 ədəd ov tüfəngi aşkarlanaraq götürülüb.
Faktlar üzrə Astara Rayon Polis Şöbəsində müvafiq araşdırmalar aparılır.