Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Putin İsgəndər Əzizovu vəzifəsindən azad etdi

RegionTV.info

Rusiya Prezidenti Vladimir Putin Aleksey Evsikovun Rusiyanın Monqolustandakı səfiri təyin edilməsi haqqında fərman imzalayıb.

 

Sənəd bu gün rəsmi internet portalında dərc olunub.

 

"Aleksey Nikolayeviç Evsikov Rusiya Federasiyasının Monqolustandakı fövqəladə və səlahiyyətli səfiri təyin edilsin", - sərəncamda deyilir.

 

Evsikov bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri vəzifəsində çalışıb.

 

Putin digər sərəncamla 2013-cü ildən bu vəzifədə çalışan əvvəlki səfir İsgəndər Əzizovu vəzifəsindən azad edib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də