RegionTV.info
DİN "tiktoker"in saçının guya polis orqanlarında kəsilərək görüntülərinin sosial şəbəkələrdə yayılması ilə bağlı iddialara daha bir münasibət bildirib.
"Polis orqanına hansısa əməldə təqsirli bilinən şəxs gətirilir və əlində telefonla olan fotosunu çəkirlər? Özfəaliyyətdir. Qəbuledilməz haldır. Kimliyindən asılı olmayaraq heç bir vətəndaş qeyri-insani rəftara məruz qala bilməz. Fotoşəkil kiminsə TikTok-da "jeton" toplamaq niyyəti ilə çəkilib", - deyə polis polkovnik leytenantı Elşad Hacıyev bildirib.