"Azərbaycanda dünyaya göz açan uşaqlara Bayraktar adı verilir".
RegionTV.info xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisindəki (TBMM) çıxışında deyib.
"Əlbəttə, işlərimiz davam edir. İndi də "Kızıl Elma" və milli döyüş təyyarələrimiz gəlir. PUA-larımız terrorçuları məhv edir. Əlbəttə, uğurlarımızın davamı gələcək. Onu da deyim ki, müdafiə sənayesi şirkəti həyata keçirdiyi layihələrlə bağlı dövlətdən pul almır. "Baykar" dizayn və inkişaf işləri üçün hər cür dəstəyə layiq bir şirkətdir", - deyə Türkiyə lideri vurğulayıb.