RegionTV.info
Daxili İşlər Nazirliyi (DİN) gənc oğlanın saçının guya polis orqanlarında kəsilərək görüntülərinin sosial şəbəkələrdə yayılması ilə bağlı iddialara münasibət bildirib.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev deyib ki, görüntülər polisin inzibati binasında çəkilməyib:
"Bu, hansısa şəxsin və ya şəxslərin özfəaliyyətidir. Araşdırılır".
Qeyd edək ki, sözügedən görüntülər bu gün yayılıb. Həmin şəxsin ötən gün TikTok sosial şəbəkəsində polisi təhqir etdiyi, daha sonra saçının polis tərəfindən kəsildiyi iddia olunub.