Yanvarın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda “The Goldman Sachs Group Inc.” şirkətinin qlobal məsələlər üzrə prezidenti Cared Kohen ilə görüşüb.
RegionTV.info xəbər verir ki, görüşdə “The Goldman Sachs Group Inc.” şirkətinin Azərbaycan Mərkəzi Bankı və Dövlət Neft Fondu ilə uğurlu əməkdaşlığının davam etdiyi qeyd olunub.
“The Goldman Sachs Group Inc.” şirkəti ABŞ-ın mənzil-qərargahı Nyu-Yorkda yerləşən beynəlxalq sərmayə bankı və maliyyə xidmətləri şirkətidir. Yetmişdən çox ölkədə fəaliyyət göstərən şirkətin gəlirləri 2021-ci ildə 59,4 milyard dollar, xalis mənfəəti isə 21,6 milyard dollar təşkil edib.
***10:52