Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Tovuzda məktəblilərlə görüş keçirilib-FOTO

RegionTV.info

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə Tovuz Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Bozalqanlı və Aşağı Quşçu kənd orta məktəblərində “Narkomaniyaya yox deyək”, “Erkən nikah və onun fəsadları”, “Dini radikalizmə qarşı mübarizə zamanın çağırışıdır” mövzularında tədbir keçirilib.

Tədbirdə Tovuz   Rayon Polis Şöbəsinin əməkdaşları ilə yanaşı, pedaqoji heyət, valideynlər və şagirdlər də iştirak edib.

Tovuz RPŞ-nin   rəisi, polis polkovniki Habil Əmraslanov çıxış edərək bildirib ki, belə cinayətlərin həmişə gizli şəraitdə baş verməsi, nəzarətdən kənarda qalması və sabit artım dinamikasına malik olması narkomaniya probleminin ictimai təhlükəlilik dərəcəsini artıra bilər. Narkomaniyaya qarşı səmərəli mübarizə bu istiqamətdə uzunmüddətli, çoxaspektli, böyük maliyyə vəsaiti tələb edən ardıcıl fəaliyyətin həyata keçirilməsi zərurətini irəli sürür. 

“Bu gün bəşəriyyəti düşündürən, rahatsız edən ən ağrılı problemlərdən biri və ən başlıcası, cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniyadır. Əlbəttə, başqa dövlətlərlə müqayisədə respublikamızda narkomaniya o qədər də dəhşətli şəkil almayıb. Ancaq yaddan çıxarmaq olmaz ki, narkomanlıq yoluxucu xəstəlikdir. HİV virusuna, QİÇS-ə aparan bir yol kimi, gizli şəkildə sürətlə yayılmaq xüsusiyyətlərinə malikdir. Yeniyetmə və gənclərinin narkomaniyaya qurşanması onların təhsildən yayınmasına, ictimai həyatdan uzaqlaşmasına, ətrafdakı insanlara daha çox cinayətkar simasının aşılanmasına, ən əsası da sağlamlıqlarının zərbə altında qalmasına səbəb olur.”

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.




Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də