“Mürəkkəb proseslərin içində müharibə gedirdi və cənab prezident İlham Əliyev bunu ustalıqla edə bildi...”
“İş orasındadır ki, Rusiya kütləvi informasiya vasitələrində, ictimai rəyində bu dəyişikliklər baş verir. Çünki Azərbaycan siyasəti heç kəsə sirr deyil ki, son illər ərzində müəyyən qıcıq doğururdu, müharibə dövründə iddia edirdilər ki, biz tərəfdən müxtəlif terrorçular döyüşür, Azərbaycan özü tək deyil”
Bunu açıqlamasında politoloq İlqar Vəlizadə deyib. O, ölkə başçısının “İlin siyasətçisi” seçilməsini bu cür şərh edib:
“Düşünürəm ki, burda hər şey göz önündədir. İş orasındadır ki, Rusiya kütləvi informasiya vasitələrində, ictimai rəyində bu dəyişikliklər baş verir. Çünki Azərbaycan siyasəti heç kəsə sirr deyil ki, son illər ərzində müəyyən qıcıq doğururdu, müharibə dövründə iddia edirdilər ki, biz tərəfdən müxtəlif terrorçular döyüşür, Azərbaycan özü tək deyil. Bütün bunların ermənilərin ortaya atdığı tezis idi və Rusiya kütləvi informasiya vasitələrində tez-tez dövran edirdi. Əlbəttə, ona görə Azərbaycana qarşı müəyyən antipatiya yaradırdı, amma seçim onu göstərdi ki, bütün bunlar cəfəngiyyatdır, insanların beyinlərinə yeridilən yalanlar hamısı puça çıxdı. Ümumiyyətlə, qələbə çalan tərəfi ittiham etmək olmaz. Biz haqq yolundayıq, əsas aqrument zəfərdir, qələbədir. Son baş verənlər də onu göstərdi ki, ermənilər səhvlərini etiraf etməyə başladılar. Onlar iyuldakı Tovuz təxribatını da özlərinin törətdiyini etiraf etdilər. Baxmayaraq ki, mürəkkəb proseslərin içində müharibə gedirdi və cənab prezident İlham Əliyev bunu ustalıqla edə bildi. Yəni əsas gücləri burda toqquşdurmadı. Halbuki burda belə təhlükələr var idi. Bütün bu hadisələrdə Ali Baş Komandanın şəxsi rolu var. Yəni bütün bunlar hamısı amil kimi son nəticə etibarilə bu qərara səbəb olub”.
Qeyd edək ki, Rusiyanın məşhur “Vedomosti” nəşri altı nominasiya üzrə ilin personası ilə bağlı illik xüsusi layihəsinin nəticələrini dərc edib. Azərbaycan Prezidenti İlham Əliyev nəşrin oxucuları arasındakı səsvermədə “İlin siyasətçisi” seçilib.