Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ukrayna Baş Qərargahı: “Ruslar işğal olunmuş ərazilərə öz ölkələrindən məmurlar gətirirlər"

“Ruslar Ukraynanın işğal olunmuş ərazilərinə öz ölkələrindən məmurlar gətirməyə başlayıblar. Bu, inzibati idarəçilik funksiyalarını yerinə yetirmək üçündür”.

RegionTV.info  xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahının cəbhədəki durumla bağlı gündəlik operativ məlumat bülletenində yazılıb.

Qeyd olunub ki, hazırda Rusiya ordusunun nəzarəti altında olan ərazilərdə müxtəlif sənayə sahələrində işçi çatışmazlığı var: “Çünki yerli sakinlər qarşı tərəflə əməkdaşlıq etmək istəmirlər. Ona görə də düşmən işğal etdiyi ərazilərə Rusiyadan və Krımdan işçilər gətirir”.

Məlumata görə, Rusiya Silahlı Qüvvələri Xerson istiqamətində hücumları davam etdirir: “Son sutkada Antonivka və Xerson minaatan və artilleriya atəşinə məruz qalıb. Dinc sakinlər yaralanıb. Aviasiyamız gün ərzində düşmənin cəmləşdiyi ərazilərə 12, eləcə də zenit-raket komplekslərinin mövqelərinə 4 zərbə endirib. Bundan əlavə, Soledar bölgəsində zenit qırıcıları düşmənə məxsus Su-25 təyyarəsini məhv ediblər".

Bildirilib ki, Ukrayna Müdafiə Qüvvələri son sutkada Rusiya ordusunun 2 nəzarət nöqtəsinə, həmçinin qarşı tərəfin yerləşdiyi 5 əraziyə və sursat anbarına zərbələr endirib.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında müharibə ötən il fevralın 24-də başlayıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də