Tərtərdə hamilə qadın evdə ölüb.
RegionTV.info xəbər verir ki, hadisə Tərtər rayonunun, Hüsənli kəndində qeydə alınıb.
Belə ki, həmin ərazidə yaşayan 1995-ci il təvəllüdlü, 29-30 həftəlik hamilə vəziyyətdə olan Türkanə Əsədovanın evdə halı pisləşib və qəflətən ölüb.
Mərhumun yaxınlarının sözlərinə görə, o, epilepsiya xəstəliyindən əziyyət çəkirmiş.