Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Lənkəranda bərbərxanada partlayış olub, xəsarət alan var

Lənkəranda bərbərxanada partlayış olub, xəsarət alan var.

RegionTV.info   xəbər verir ki, Lənkəran şəhəri, “Ləvəngi” dairəsi adlanan ərazidə qeydə alınıb.

Belə ki, 28 yaşlı Məhərrəm İsazadə fəaliyyət göstərdiyi bərbərxanaya gəlib qapını açıb içəri daxil olduqdan sonra elektrik lampalarını yandıran zaman partlayış baş verib. Nəticədə M.İsazadə hər iki əlin və sifətin yanıq xəsarətləri alıb. İlkin araşdırma zamanı partlayışın baş vermə səbəbinin bərbərxananın yaxınlığından keçən qaz borularında qaz sızmasının olması müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də