Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bakıda kafe işçisi müştəri tərəfindən bıçaqlanıb - FOTO

Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.

RegionTV.info  xəbər verir ki, hadisə 3-cü mikrorayon dairəsində yerləşən iaşə obyektində qeydə alınıb.

Belə ki, 1996-ci il təvəllüdlü Vahidov Elşən Zəfər oğlu işlədiyi kafedə müştəri ilə mübahisə edərkən bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, hazırda faktla bağlı araşdırma aparılır.

Əlavə məlumat veriləcək.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də