Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Sürücülərə XƏBƏRDARLIQ! - Bu yollar buz bağlayacaq

RegionTV.info

Yanvarın 18-də avtomobil yollarında gözlənilən vəziyyət açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, gecə və səhər saatlarında dumanlı hava şəraiti ilə əlaqədar Quba-Qusar, Quba-Xaçmaz, Qorağan-Qax-Zaqatala, Qaraməryəm-İsmayıllı-Şəki, Ağdaş-Ləki, Gəncə-Kəlbəcər-Laçın, Qubadlı-Xanlıq, Xankəndi-Xocavənd, Şuşa-Füzuli, Ağdam-Füzuli-Horadiz, Yevlax-Xocalı-Laçın, Həkəri-Zəngilan, Gəncə-Daşkəsən, Goranboy-Tərtər, Şəmkir-Gədəbəy, Bərdə-İstisu, Hacıqabul-Şirvan, Xaldan-Mingəçevir, Göyçay-Ucar, Ucar-Zərdab-Ağcabədi, Bəhramtəpə-Biləsuvar, Masallı-Yardımlı, Lənkəran-Lerik magistral avtomobil yollarının bəzi yerlərində görünüş məsafəsi arabir 300-800 m-dək məhdudlaşacaq.

Dağlıq rayonlarda isə şaxtalı hava şəraiti ilə əlaqədar olaraq yolların buz bağlayacağı ehtimalı var.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də