Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanda daha bir vəzifəli şəxs işdən çıxarıldı

Dövlət Gömrük Komitəsinin (DGK) Gömrük Risklərinin İdarəolunmasi və Audit Baş İdarəsinin rəisi, gömrük xidməti polkovniki Əliyev Fərid Əlibaba oğlu işdən çıxıb.

RegionTV.info   xəbər verir ki, bu barədə  Komitədən bildirilib.

Onun yerinə hələlik təyinat olmayıb.

Qeyd edək ki, F.Əliyev 2018-ci ildə Dövlət Gömrük Komitəsi sədrinin sərəncamı ilə Gömrük Risklərinin İdarəolunması və Audit Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

O, əmək fəaliyyətinə 2009-cu ildə Komitənin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin Gömrük vergi və yığımları şöbəsinin inspektoru vəzifəsində başlayıb. 2011-ci ildən 2017-ci ilədək DGK-nın Audit və Risk Analizləri İdarəsinin Audit şöbəsinin baş inspektoru, 2017-ci ildən 2018-ci ilədək Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin Gömrük Dəyəri şöbəsinin rəisi vəzifələrində çalışıb.

F.Əliyev 2018-ci ildə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də