Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

"Müəllimə töhmət verilsin, amma bütün müəllimləri eyni sıraya qoymaq düzgün deyil”






“Bu gün müəllim də, şagird də, valideyn də emosionaldır. Hətta insan cinayət törədəndə belə onun affekt vəziyyətdə olması araşdırılır. Mən nə direktora, nə də müəllimə haqq qazandırmıram”

Bunu açıqlamasında “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib. M.Zeynalova bu cür məsələlərin araşdırılmasının vacibliyini vurğulayıb:

“Müəllim-şagird problemlərinin biz də şahidi olmuşuq və bunu vaxtında yoluna qoymuşuq. İndi hamı emosionaldır, onlayn dərsin özünün də çətinlikləri, gərginlikləri var. Bu gün müəllim də, şagird də, valideyn də emasionaldır. Hətta insan cinayət törədəndə belə onun affekt vəziyyətdə olması araşdırılır. Mən nə direktora, nə də müəllimə haqq qazandırmıram. Müəllim mənim təsəvvürlərimə görə ümumiyyətlə, başqa obraz olmalıdır. Məsələn, bir müddət sonra şagirdini təhqir edən müəllim haqqında yaxşı məlumatlar da yayıla bilər. Düşünürəm ki, araşdırıb, vəziyyəti öyrənib və daha sonra vəziyyəti linc etmək lazımdır. Mənə elə gəlir ki, heç kim haqq vermir ki, müəllim uşağın qüsurundan istifadə edib onu təhqir etsin və yaxud valideynlə o formada danışsın. Əslində etik davranış məsələləri var, müəllim də insandı, emosional vəziyyətdə olur. Odur ki, hansısa bir məqam, boşluq olur. Ona görə müəllimlər haqqında hansısa xoşagəlməz fikirlər söyləmək yaxşı hal deyil. Valideyn uşağının təhqir olunmasına görə emosionaldır, bunu sosial şəbəkədə yazıb, paylaşır, amma bununla bağlı normal qrup olmalıdır. Müəllimə töhmət verilməlidir, amma ona görə bütün müəllimləri eyni sıraya qoymaq düzgün deyil”. 

Qeyd edək ki, Abşeron rayonunda gözü zəif görən üçüncü sinif şagirdinə “anormalsan, korsan” deyən müəllimə töhmət verilib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də