Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Gəncədə yük maşını piyadanı vuraraq öldürdü

Gəncədə ölümünə nəticələnən yol qəzası baş verib.

 

RegionTV.info-nun əldə etdiyi məlumata görə, 16 yanvar 2023-cü il tarixdə saat 04 radələrində sürücü, 1988-ci il təvəllüdlü Ələsgərov Eşqin Əli oğlu idarə etdiyi “KamAZ” markalı yük avtomobili ilə Gəncə şəhəri Nizami Gəncəvi prospekti ilə hərəkətdə olarkən yolun kənarında dayanmış piyada, 1980-ci il təvəllüdlü Yusifov Mahir Qurban oğlunu ehtiyyatsızlıqdan vurub.

 

Nəticədə M.Yusifov yerləşdirilmiş olduğu Gəncə şəhəri A.Səhhət adına xəstəxanada aldığı xəsarətlərdən ölüb.

 

Faktla bağlı Gəncə şəhər BPİ-də Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də