Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Manaf Ağayev Xalq artistinə maşın hədiyyə etdi

RegionTV.info

Manaf Ağayev Xalq artisti Fatma Mahmudovaya avtomobil hədiyyə edib.

 

“Günaydın, Azərbaycan” verilişində Xoşqədəm Hidayətqızı bu barədə açıqlama verib və maşının açarını Mahmudovaya uzadıb.

 

Aktrisa isə hədiyyəni qəbul etməyərək M.Ağayevə minnətdarlığını bildirib: “Kişi adamsan! Sənin bu mərdliyin, kişiliyin, insanlığın mənə çoxdan bəlli idi. Bir daha bəlli oldu. Allah hər kəsin malını özünə qismət eləsin. Elə bir insanam ki, dünya malında gözüm yoxdur. Manaf kimi ürəkli olun, amma yox, götürmürəm. Elə bilirəm ki, o, açarı mənə verməklə, 100 maşın bağışladı. Allah ürəyinə görə versin. Maşının özünə qismət olsun!”.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də