RegionTV.info
Yanvarın 16-da 1 saylı Bakı İstuintaq Təcridxanasında aclıq edən ictimai fəal Bəxtiyar Hacıyevə anası ilə görüş verilib. O, bu gün həmçinin atası və qardaşı ilə telefonla danışıb.
"Bəxtiyar Hacıyev anasına aclığı davam etdirməkdə israrlı olduğunu bildirib. Anası deyib ki, Bəxtiyar Hacıyevin səhhətində ciddi problemlər var. O, kifayət qədər arıqlayıb, gözlərinin altı qaralıb. Hacıyev anasına ağrılarını hiss etdirməməyə çaışsa da, anası onun səhhətindən çox narahatdır. Bu gün həkim Hacıyevi müayinədən də keçirib", deyə Hacıyevin hüquqlarını ictimai müdafiə komitəsinin üzvü Rail Abbasov onun anasına istinadən bildirib.
Xatırladaq ki, Bəxtiyar Hacıyev qondarma xuliqanlıq və məhkəməyə qarşı hörmətsizlik ittihamı ilə həbsinə qarşı etiraz əlaməti olaraq aclığa başlayıb. Həbsin əsl səbəbi onun hökuməti kəskin tənqid etməsidir.